
Böyük Britaniya Baş nazirinin iqamətgahı acınacaqlı vəziyyətdədir.
Metbuat.az xəbər verir ki, bu barədə “Politico” qəzetinin məlumatında qeyd edilib. Qəzet binada siçovulların yaşadığını, istilik sisteminin nasaz olduğunu və telefonların yaxşı işləmədiyini qeyd edib. Ərazinin keçmiş işçisi qəzetə binada yamaqlar olduğunu ifadə edib. “Politico”ya danışan mənbə bildirib ki, hazırkı Baş nazir Keyr Starmer orada işləməkdən nifrət edir.
Keçmiş Baş nazir Boris Consonun köməkçisi qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın 2019-cu ildəki səfəri zamanı isitmə sistemi tam gücə ilə qoşulub. Köməkçi deyib ki, Tramp tərləyib və narıncı makiyajı üzünə axıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

