
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli
rəsmiləri ölkə liderini nüvə sınaqlarını bərpa etmək niyyətindən
çəkindirmək üçün Ağ Ev nümayəndələri ilə görüş keçirməyi
planlaşdırırlar.
Trend-in CNN-ə
istinadən verdiyi məlumata görə, ABŞ energetika katibi Kris Rayt,
Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri
Brandon Uilyams və nüvə laboratoriyalarının nümayəndələri Ağ Evdə
nüvə başlıqlarının real şəraitdə partladılmasının niyə
qeyri‑praktik olduğunu sübut edən arqumentlər təqdim edəcəklər.
Məlumata əsasən, NNSA və DOE rəsmiləri Ağ Evə nüvə başlıqlarının
partladılmasını nəzərdə tutmayan alternativ plan hazırlamağı
tövsiyə etməyə çalışacaqlar.
Donald Tramp bundan əvvəl Pentaqona nüvə silahı sınaqlarını
dərhal bərpa etmək barədə göstəriş verdiyini bildirmiş və bunu bəzi
digər ölkələrin artıq belə sınaqlara qayıtması ilə
əsaslandırmışdı.

