
Suriyanın paytaxtı Dəməşqin qərb məhəllələri mobil raket qurğusundan atəşə tutulub.
APA xəbər verir ki, bu barədə Suriyanın Müdafiə Nazirliyinin sözçüsü “X” hesabında məlumat verib.
“Raketlər Qasyon dağı yaxınlığındakı mobil platformadan atılıb. Hücumu hansı tərəflərin həyata keçirdiyini hələlik müəyyən etmək mümkün olmayıb. Müvafiq orqanlar hadisənin bütün hallarını araşdırmaq üçün çalışır və bütün detallar əldə edildikdə ictimaiyyətə məlumat veriləcək”, – məlumatda deyilir.
***
23:19
Dəməşqin qərbindəki Məzzə bölgəsində azı üç güclü partlayış qeydə alınıb.
APA xəbər verir ki, bu barədə “Shafaq News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə bölgə naməlum çəxslər tərəfindən raket atəşinə tutulub. Hadisə nəticəsində bir qadın həlak olub, bir neçə nəfər yaralanıb. Ölənlərin sayı barədə dəqiq məlumat yoxdur.
Əraziyə yanğınsöndürən və təcili yardım briqadaları göndərilib. Suriya polisi araşdırma aparır.

