ABŞ Almaniyaya raket satışı planını təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Almaniyaya SM-6 Block I və SM-2 Block IIIC raketlərini,
eləcə də onların buraxılış qurğularını və digər əlaqəli
komponentləri təxminən 3,5 milyard dollar dəyərində satmağı
planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə Pentaqonun beynəlxalq hərbi-texniki əməkdaşlıq və
xaricə silah satışı üzrə məsul direktorluğu məlumat yayıb.




Bildirilib ki, Dövlət Departamenti sözügedən müqaviləni artıq
təsdiqləyib. İndi son qərar ABŞ Konqresinə məxsusdur, lakin
qanunverici orqanın bu satışa mane olacağı gözlənilmir.

Müqavilə bildirişinə əsasən, Berlin ümumilikdə 173 ədədə qədər
SM-6 Block I və 577 ədədə qədər SM-2 Block IIIC raketi almaq
istəyib. Bununla yanaşı, Almaniyaya MK-21 Mod 3 və MK-13 Mod 1
buraxılış qurğularının da təhvil verilməsi nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir