ABŞ bir sıra kənd təsərrüfatı məhsullarını idxal rüsumlarından azad edib

Baş səhifə

Bakı. Trend:

ABŞ hökuməti bir neçə kənd təsərrüfatı məhsuluna, o cümlədən mal
əti, qəhvə və müxtəlif meyvələrə tətbiq olunan əvvəlki idxal
rüsumlarını ləğv edib.

Trend xəbər verir
ki, bununla bağlı sərəncamı noyabrın 14-də ABŞ prezidenti Donald
Tramp imzalayıb.




Ağ Evin saytında dərc edilən sənəddə qeyd olunur ki, prezident
qarşılıqlı tariflərə daxil olan məhsullar siyahısında əlavə
dəyişiklikləri zəruri hesab edib və bəzi kənd təsərrüfatı
məhsullarını bu tariflərdən çıxarmaq barədə qərar verib.

Tramp bildirib ki, qərar bir neçə ticarət tərəfdaşı ilə aparılan
danışıqların mövcud vəziyyəti, müəyyən məhsullara ölkədaxili
tələbat və ABŞ-ın istehsal imkanları nəzərə alınmaqla qəbul edilib.
Qaydalardakı dəyişikliklər artıq qüvvədədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir