OpenAI ChatGPT-də qrup söhbətləri funksiyasının sınaqlarına başladı

Baş səhifə

Bakı. Trend:

OpenAI süni intellektlə ünsiyyət imkanlarını genişləndirən yeni
xüsusiyyət – qrup söhbətləri – üzərində sınaqlara start verib. Bu
funksiya istifadəçilərə dostlarını, ailə üzvlərini və ya
həmkarlarını birbaşa ChatGPT söhbətinə əlavə etməyə imkan
verir.

Trend Engadget-ə
istinadən xəbər verir ki, yeni imkan artıq Yaponiya, Cənubi Koreya
və Tayvan istifadəçiləri üçün əlçatandır.

OpenAI-nin məlumatına görə, qrup söhbətləri səyahət
marşrutlarının hazırlanması, restoran seçimi, təmir
planlaşdırılması və ya iş tapşırıqlarının müzakirəsi kimi birgə
fəaliyyətlərdə effektiv istifadə oluna bilər. Bot təqdim olunan
məlumatlara əsasən planlar hazırlaya, mətnləri qısalda və qrup
müzakirələrində aktiv iştirak edə bilir.




Qrup söhbəti yaratmaq üçün ChatGPT interfeysində bir neçə
iştirakçını göstərən ikona seçilir. Aktivləşdirildikdən sonra
tarixçəsiz yeni söhbət açılır və istifadəçi ora 20-yə qədər
iştirakçı dəvət edə bilər. Qoşulmaq üçün ad və şəkil əlavə olunmuş
profil yaratmaq tələb olunur. Söhbətə keçid paylaşmaq mümkündür və
əgər qrupda yetkinlik yaşına çatmayanlar varsa, bot məzmunu
avtomatik olaraq uyğunlaşdırır.

Qrup söhbətləri GPT-5.1 Auto modeli ilə işləyir. OpenAI bildirir
ki, bot mesaj axınını izləyərək cavab vermək üçün ən münasib anı
müəyyənləşdirə bilir. İstifadəçilər lazım gəldikdə birbaşa rəy verə
bilirlər. Şirkət funksiyanı geniş tətbiqdən əvvəl ilkin
istifadəçilərin rəyləri əsasında təkmilləşdirməyi planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir