
Bakı. Trend:
“Real Madrid” klubunun prezidenti Florentino Perez 2026-cı ildə
vəzifəsindən ayrılmağı planlaşdırır.
Trend xəbər verir
ki, bu məlumatı jurnalist Pepe Alvarez X sosial şəbəkəsində
paylaşıb.
Perez 2025-ci ilin yanvarında klubun prezidenti vəzifəsinə
yenidən seçilmişdi və onun səlahiyyət müddəti 2028-ci ildə başa
çatmalı idi. Lakin mənbənin məlumatına görə, o, klub üzvlərinin
referendumdakı mövqeyindən asılı olmayaraq, rəhbərliyin nizamlı
şəkildə təhvil verilməsinin tərəfdarıdır.
78 yaşlı Florentino Perez ilk dəfə 2000-ci ildə “Real Madrid”ə
prezident seçilib və altı il bu vəzifəni icra edib. O, 2009-cu ildə
rəqibsiz şəkildə yenidən prezident seçilib. Perez-in dövründə klub
yeddi dəfə Çempionlar Liqasının, yeddi dəfə İspaniya La Liqasının,
yeddi dəfə İspaniya Super Kubokunun, altı dəfə UEFA Super Kubokunun
qalibi olub. Bundan başqa, “Real Madrid” onun rəhbərliyi altında
beş FİFA Klublararası Dünya Kuboku, üç Kral Kuboku və iki
Qitələrarası Kubok qazanıb.

