Benksinin rəsmini oğurlayan şəxs 13 ay müddətinə həbs olunub

Baş səhifə

Bakı. Trend:

London qalereyasından küçə rəssamı Benksinin “Şarla qız” rəsmini
oğurlayan kişi 13 ay müddətinə həbs cəzasına məhkum edilib.

Trend xəbər verir
ki, Skotland Yard açıqlama yayıb.

9 oktyabrda Bekton sakini, 49 yaşlı Larri Freyzer məhkəmədə
soyğunçuluq ittihamı ilə bağlı günahını etiraf edib. Cinayət 8
sentyabr 2024-cü ildə baş verib və Freyzer iki gün sonra həbs
olunub.




Təxminən 270 min funt sterlinq (355 min dollar) dəyərində olan
rəsim Londonun mərkəzindəki “Grove” qalereyasına qaytarılıb.

Qeyd olunur ki, kimliyini uzun illər gizli saxlayan Benksi
dövrümüzün ən məşhur küçə rəssamlarından biridir. O, “Şarla qız”
əsərini 2002-ci ildə qrafiti kimi yaradıb və sonradan bu mövzuya
əsaslanan bir neçə rəsm və çap əsəri hazırlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir