Bu gündən Azərbaycanda istilik mövsümü başlayır

Baş səhifə

Bakı.Trend:

Bu gündən Azərbaycanda növbəti istilik mövsümünə start
verilir.

Bu barədə Trend-ə “Azəristiliktəchizat” ASC-dən məlumat
verilib.

Məlumata görə, 2025-2026-ci illər payız-qış mövsümü ərzində
“Azəristiliktəchizat” ASC Bakı şəhəri və respublikanın
regionlarında balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi
vasitəsi ilə 3841 yaşayış binasının, 276 orta məktəbin, 156 uşaq
bağçasının, 143 səhiyyə müəssisəsinin və 2786 sosial və təsərrüfat
hesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsi nəzərdə
tutulmaqdadır.

Qeyd edək ki, Azərbaycanda istilik mövsümü gələn il aprelin
15-nə qədər davam edəcək.




Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə
təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən
respublikanın dağ rayonlarında noyabrın 1-dən istilik verilişinə
başlanılıb. Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının
mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz,
Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39
qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm gələn
il mayın 1-nə qədər davam edəcək.

İşğaldan azad edilmiş Şuşa şəhərində 7 qazanxana var ki, onlar
da mövsümün başlanması ilə əlaqədar artıq işə düşüb. Sözügedən
qazanxanalar Şuşa işğaldan azad olunduğu dövrdə inşa olunub. Ötən
mövsümlərdə də işlək vəziyyətdə olub.

Qeyd edək ki, Respublikanın dağ rayonlarında 1 noyabr tarixindən
etibarən isə 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz,
Siyəzən, Şabran, Lerik, Şamaxı ) 34 qazanxana vasitləsilə 1149
mənzilli 34 yaşayış binası, 15 orta məktəb, 3 uşaq bağçasının, 2
səhiyyə müəssisəsinin, 14 sosial və təsərrüfat hesablı obyektlər
“Azəristiliktəchizat” ASC-nin istilik mənbələrinə qoşulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir