
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1,225 milyon ton
avtomobil benzini istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 24,2 min ton və ya 2% çoxdur. Ötən ilin ilk 10 ayında
ölkədə 1,201 milyon ton avtomobil benzini istehsal olunmuşdu.
Bu ilin noyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı
83,7 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat
olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz
artıb.

