
Bakı.Trend:
Naxçıvanın tanınmış heykəltəraşı və rəssamı, Naxçıvan Muxtar
Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərov uzun sürən
ağır xəstəlikdən sonra vəfat edib.
Trend xəbər
verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, 1951-ci il 5 iyul tarixində Naxçıvan şəhərində
anadan olub.
Elman Cəfərov heykəltəraşlıq və rəngkarlıq sahəsində yaratdığı
monumental əsərləri, həmçinin pedaqoji fəaliyyəti ilə tanınıb.
Elman Cəfərovun müəllifi olduğu “Babək”in atlı heykəli, “Dədə
Qorqud” heykəlinin ilkin variantı, bir sıra görkəmli şəxsiyyətlərin
büst və barelyefləri, eləcə də çoxsaylı rəngkarlıq əsərləri
ölkəmizin sənət xəzinəsində mühüm yer tutur.

