
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 582 min ton ağ
neft istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 27,2 min ton və ya 4,9% çoxdur. Ötən ilin ilk 10 ayında
ölkədə 554,8 min ton ağ neft istehsal olunmuşdu.
Bu ilin noyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı
25,5 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat
olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz
artıb.

