
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 213,7 min ton neft
bitumu istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 23,2 min ton və ya 9,8% azdır. Ötən ilin ilk 10 ayında
ölkədə 236,9 min ton neft bitumu istehsal edilmişdi.
Bu ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 9,1 min
ton təşkil edib.
Bununla yanaşı, 2025-ci ilin yanvar-oktyabr aylarında
Azərbaycanda 191,3 min ton neft koksu istehsal edilib ki, bu da
2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,5 min ton və ya 10,1%
çoxdur. Ötən ilin müvafiq dövründə ölkədə 173,8 min ton neft koksu
istehsal edilmişdi.
Cari ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 38,3
min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı
sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat olmaqla,
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.

