
Bakı.Trend:
Noyabrın 14-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki
dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 241, o
cümlədən borclu şəxs qismində axtarışda olan 208 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

