Azərbaycanda minik və yük avtomobilləri istehsalı azalıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 280 ədəd minik
avtomobili istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 1153
ədəd və ya 26% azdır. Belə ki, ötən ilin bəhs olunan dövründə
ölkədə 4 433 ədəd minik avtomobilləri istehsal edilmişdi.

Cari ilin noyabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 168 ədəd
təşkil edib.




Eyni zamanda, hesabat dövründə ölkədə 273 ədəd yük avtomobili
istehsal edilib ki, bu da 2024-cü ilin ilk 10 ayındakı göstərici
ilə müqayisədə 126 ədəd və yaxud 31,6% azdır.

Noyabrın 1-nə hazır məhsul ehtiyatı 24 ədəd təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında ölkədə maşın və
avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı
sahələrində 2025-сi ilin yanvar-oktyabr aylarında 506,1 milyon
manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə maşın və avadanlıqların istehsalı 1,2 faiz, avtomobil,
qoşqu və yarımqoşquların istehsalı isə 22,5 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir