
Bakı.Trend:
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin
əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və
satışına qarşı keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə
məhkum edilmiş 35 yaşlı Vüqar Məhəmmədov saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, ondan bağlamalarda 10 kiloqram marixuana
aşkarlanaraq götürülüb. V.Məhəmmədov narkotik vasitələri şəxsiyyəti
istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu
ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış
məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək
niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

