
Bakı. Trend:
Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyədək təxminən 52,7
milyard kubmetr təbii qaz nəql edilib.
Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər
verir.
“Cənub Qaz Dəhlizinin mühüm mərhələlərindən biri olan TAP
Azərbaycanın enerji sahəsindəki etibarlı tərəfdaşlıq mövqeyini daha
da gücləndirir. Eyni zamanda, regionda enerji təhlükəsizliyinin
təmin olunmasına mühüm töhfə verir”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara
verilməsindən 5 il ötür.

