
Bakı.Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, noyabrın 14-də polis əməkdaşları respublikanın
ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat
silahı, 9 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron
aşkar edərək götürüblər.
Həmçinin polis əməkdaşlarının noyabrın 14-də keçirdikləri
əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər
saxlanılaraq istintaqa təhvil verilib.

