“Rhenus Logistics” Orta Dəhliz terminalları üçün xüsusi proqram təminatı hazırlayır

Baş səhifə

Bakı. Trend:

Multimodal daşımalar və təchizat zəncirinin idarəedilməsi ilə
məşğul olan beynəlxalq logistika qrupu “Rhenus Logistics” Orta
Dəhlizdə terminalların və yükaşırma əməliyyatlarının idarə olunması
üçün özünün xüsusi proqram təminatını hazırlayır.

Bunu Trend
müsahibəsində “Rhenus Logistics” nümayəndəsi bildirib.

Şirkətin bildirdiyinə görə, rəqəmsallaşma “Rhenus” Qrupunun
logistika strategiyasının əsas elementlərindən biridir və bu,
Azərbaycan daxil olmaqla bütün Transxəzər Dəhlizi boyunca
fəaliyyətləri əhatə edir.




“Perspektivli istiqamətlərdən biri, gömrük, liman və dəmir yolu
strukturlarını vahid platformada birləşdirən dəhliz idarəetmə
sistemlərinin tətbiqidir.Belə sistemlər çatışmazlıqların qarşısını
almağa, proseslərin real vaxtda görünməsini təmin etməyə və daha
səmərəli keçid qabiliyyətinin planlaşdırılması üçün
proqnozlaşdırıcı analitikadan istifadə etməyə kömək edir”, – deyə
şirkətdən əlavə olunub.

Bildirilir ki, “Rhenus” eyni zamanda terminalların və yükaşırma
əməliyyatlarının idarəolunması üçün iri logistika hablarının
layihələndirilməsi və idarəolunmasındakı təcrübəsinə söykənərək öz
proqram təminatı hazırlamaqdadır.

“Şirkət bu təcrübəni regionda tətbiq etməklə, yüklərin emal
vaxtını və xərcləri azaltmaq,və beləcə Transxəzər marşrutunu
alternativ marşrutlarla müqayisədə daha rəqabətqabiliyyətli etmək
niyyətindədir.Rəqəmsallaşma dayanıqlılıqla sıx bağlıdır. “Rhenus”
2015-ci ildən Azərbaycanda fəaliyyətə başladığından, şirkət xidmət
spektrini avtomobil daşımalarından dəmir yolu komponentli
multimodal xidmətlərə genişləndirərək emissiyaları azaldıb və güc
imkanlarının səmərəli istifadəsini artırıb.Bakıda keçirilən COP29
çərçivəsində “Rhenus” ekoloji təmiz elektrik yük maşını ilə yerli
logistika əməliyyatlarını dəstəkləyərək əyani olaraq nümayiş
etdirib ki, praktik innovasiyalar daha təmiz və səmərəli
logistikaya töhfə verir”, – deyə “Rhenus Logistics” nümayəndəsi
yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir