
Bakı. Trend:
Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq
17-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli
leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək
dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı
ehtimal olunur.

