
Daşkənd. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi
Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək
üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib.
Trend xəbər verir ki, Daşkənd
Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov
və digər rəsmi şəxslər qarşıladılar.

