
Bakı. Trend:
Müştərilərinə daim innovativ həllər və faydalı imkanlar təqdim
edən ABB metro istifadəçiləri üçün yeni kampaniyaya start verib.
Kampaniya çərçivəsində Mastercard Tam DigiCard sahibləri metro
keçidlərində Apple Pay və ya Google Pay vasitəsilə etdikləri hər
5-ci ödənişə görə 100% keşbek qazanacaqlar. Hər beşinci
tranzaksiyadan sonra keşbek məbləği avtomatik olaraq istifadəçinin
hesabına qaytarılır. Kampaniya müddətində hər bir istifadəçi
maksimum 6 dəfə 100% keşbek əldə edə bilər. Mastercard Tam DigiCard
sahibi deyilsinizsə, kartı ABB mobile tətbiqi üzərindən və ya
https://abb-bank.az/ rəsmi internet səhifəsindən onlayn sifariş
edib qısa müddətdə aktivləşdirə və dərhal Apple Pay və ya Google
Pay-ə əlavə edərək kampaniyadan yararlana bilərsiniz. Aksiya 10
dekabr 2025-ci il tarixinədək qüvvədədir.
Onu da qeyd edək ki, ABB-nin digər kart məhsulları ilə də
metroda ödəniş etmək artıq mümkündür. Bu yenilik müştərilərə
gündəlik gediş-gəlişdə daha geniş seçim imkanı verir, keçid
prosesini sürətləndirir və nağdsız ödənişlərin rahatlığını artırır.
İstifadəçilər uyğun cihazlarında Apple Pay və ya Google Pay
vasitəsilə kartlarını əlavə edib metro turniketlərindən sürətli və
təhlükəsiz keçidi təmin edə bilərlər.
ABB-nin müasir, rəqəmsal və faydalı məhsulları barədə daha
ətraflı məlumatı filial və şöbələrdən, https://abb-bank.az rəsmi
internet səhifəsindən, 937 qısa nömrəsi ilə əlaqə saxlayaraq
Məlumat Mərkəzindən və sosial şəbəkələrdəki rəsmi səhifələrindən
əldə etmək olar.

