
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 57,6 min ton mazut
istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
30,7 min ton və ya 2,1 dəfə çoxdur. 2024-cü ilin eyni dövründə cəmi
26,9 min ton mazut istehsal olunmuşdu.
Bu ilin noyabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 0,6 min ton
təşkil edib.
Qeyd edək ki, ölkədə 2025-ci ilin yanvar-oktyabr aylarında neft
məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563
milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
0,9 faiz artıb.

