Bolqarıstan Azərbaycandan qaz idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstana
ümumilikdə 519,6 milyon ABŞ dolları dəyərində 1,4 milyard kubmetr
təbii qaz ixrac olunub.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə, dəyər
ifadəsində bu göstərici 94,2 milyon ABŞ dolları, yəni 21,3% artıb,
həcm baxımından isə 71,3 milyon kubmetr, yəni 5,3% artım müşahidə
olunub.




Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr
aylarında Azərbaycandan Bolqarıstana 1,3 milyard kubmetr təbii qaz
ixrac olunub və bu ixracın ümumi dəyəri 425,4 milyon ABŞ dolları
təşkil edib.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarında
Azərbaycandan xaricə 6,7 milyard ABŞ dolları dəyərində 18,5 milyard
kubmetr təbii qaz ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü
ilə müqayisədə dəyər ifadəsində 623,3 milyon ABŞ dolları, yəni
10,3% artıb, həcm baxımından isə 203,2 milyon kubmetr, yəni 1,1%
azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir