Mbappe Bakıya gəlmədi – Baş məşqçi səbəb AÇIQLADI

Baş səhifə

Bakıya 22 futbolçu ilə gəlmişik. Hamısına güvənirəm”.

Modern.az xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Azərbaycan millisinin enerjili komanda olduğunu bildirib: “Rəqibimiz çox istəkli komandadır. Heyət baxımından risk etmək istəmirəm. Topuğunda zədəsi olan Kilian Mbappe ilə “Real Madrid” klubunun həkimləri məşğul olacaqlar”.

Qeyd edək ki, Azərbaycan – Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir