Sahibsiz itlər sakinlərə xəsarət yetirdi

Baş səhifə

Şəkinin Oxud və Qoxmuq kənd sakinləri sahibsiz itlərin hücumuna məruz qalıblar.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, Oxud kənd sakini 70 yaşlı Nərman Məmmədov və Qoxmuq kənd sakini 26 yaşlı Murad Məhərrəmov it dişləməsi xəsarətləri ilə həkimə müraciət ediblər. Müayinələr zamanı Nəriman Məmmədova sağ və sol baldırın, Murad Məhərrəmova isə göbək nahiyəsinin it dişləməsi xəsarəti diaqnozu qoyulub.

Hər iki şəxsə tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub, müayinədən keçdikdən sonra kompleks müalicə başlanıb.

Xəsarət alanların həyatı təhlükəsi olmadığından həkimlər onları ambulator müalicə almaq şərti ilə evə buraxıblar. Hər iki şəxs sahə həkim məntəqələrində müalicə müddətində nəzarətdə saxlanılacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir