Konate: Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq

Baş səhifə

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda Fransa ilə qarşılaşacaq.

Metbuat.az xəbər verir ki, qonaqların müdafiəçisi İbrahima Konate qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı jurnaliatlərin suallarını cavablandırıb.

– Sabah kapitan siz olacaqsız? Komandaya nə deyəcəksiz?
– Bilmirəm kapitan mən olacam, ya yox. Bunu baş məşqçidən soruşmaq lazımdır. Oyun çətin keçə bilər. Amma əsas odur ki, zövq alaq. Bura Fransanı təmsil etməyə gəlmişik. Məqsəd rəqibdən xal almaqdır.

– Azərbaycanla matçda qapıda millinin ikinci qapıçısı dayanacaq?
– Bu, məndən asılı deyil. Baş məşqçi bilir. Keyfiyyətli qapıçıdır. Ümid edirəm ki, sabah ilk dəfə qapıda dayanacaq və Fransa millisini təmsil edəcək.

– Parisdəki matçda Azərbaycana qarşı çətinlik çəkmişdiz…
– Bəli, Parisdəki görüşdə Azərbaycan millisinə müsbət mənada təəccübləndik. Artıq matçın nəticəsi nə olursa-olsun, oynayacağıq. Sabah faciəvi hesab olsa da, siz nəticələrə fokuslanmamalısız. Oyundan zövq almalısız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var.

– Azərbaycan millisinin heyətində əksər oyunçular “Qarabağ”ı təmsil edir. Azərbaycan klubu Çempionlar Liqasında “Liverpul”un rəqibidir. “Qarabağ”ın belə uğurlu çıxışı sizi təccübləndirib?
– Bakı gözəl şəhərdir. Səmimi olacam, Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq. Bunu qəbul etməliyik. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq. Azərbaycan millisi 0:3 uduzsa da, müsbət keyfiyyətlər göstərdi. Əminəm ki, sabah da bunu göstərəcəklər. Biz də milli olaraq xal qazanmağa çalışacağıq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir