Şəkidə ofisiant müdirini öldürdü

Baş səhifə

Şəkidə 50 yaşlı kişinin qətlə yetirilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı qətlə yetirilən 50 yaşlı Mehman Bayramov və cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov Turan qəsəbəsinin sakinləridir. M. Bayramov ailəli olub, S. Heydərov isə subaydır.

Məlumata əsasən, Mehman Bayramov qəsəbədə fəaliyyət göstərən kafeyə sahiblik edir və onu şəxsən özü idarə edirdi. Sədi Heydərov isə təxminən iki həftə əvvəl həmin kafedə ofisiant kimi işə qəbul olunmuşdu.

Hadisə elə M. Bayramovun kafesində baş verib. Müdir və ofisiant arasında yaranan mübahisə nəticəsində S. Heydərov üzərindəki kəsici alətlə M. Bayramova ağır xəsarətlər yetirib. Nəticədə kafedəki mübahisə 50 yaşlı kişinin qətlə yetirilməsi ilə başa çatıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir