“Qalatasaray”ın futbolçusu klubunu dəyişə bilər

Baş səhifə

Bakı. Trend:

“Qalatasaray”ın futbolçusu Yusuf Demir qış fasiləsində klubunu
dəyişə bilər.

Trend xəbər verir ki, “Göztepe” avstriyalı vingerin xidmətində maraqlıdır. Bu barədə “Sabah” nəşri məlumat yayıb.




İzmir klubu “Qalatasaray”da heyətə düşə bilməyən Yusufu icarəyə
götürmək istəyir. 22 yaşlı oyunçu özü “Göztepe”yə keçməyə isti
yanaşır.

Qeyd edək ki, “Qalatasaray” Yusuf Demiri 2022-ci ilin yayında
Vyana “Rapid”indən transfer edib. Avstriya millisinin üzvü bu
mövsüm İstanbul təmsilçisinin heyətində rəsmi oyunlarda meydana
çıxmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir