
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən
yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və
dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi
Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq
yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində onyeddimərtəbəli yaşayış
binasının onyeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş
yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına
imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin
eyvanının yanar konstruksiyaları və əşyaları 15 m² sahədə
yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə
olunub.

