
Bakı. Trend:
DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsinin IX turunda bu gün
növbəti oyunlar keçirilib.
Trend xəbər verir ki, E
qrupunda Türkiyə millisi evdə Bolqarıstanı qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Qrupun digər matçında İspaniya səfərdə Gürcüstana 4 cavabsız
qolla qalib gəlib.
Bu nəticədən sonra İspaniya 15 xalla liderliyini davam etdirir.
Türkiyə 12 xalla ikinci, Gürcüstan 3 xalla üçüncü, xalı olmayan
Bolqarıstan isə dördüncü-sonuncu pillədədir.

