Rusiya aktivlərindən 193 milyard avro “Euroclear” şirkətində saxlanılır

Baş səhifə

Rusiya aktivlərindən 193 milyard avro Belçikada yerləşən “Euroclear” şirkətində saxlanılır.

APA xəbər verir ki, bu barədə maliyyə qurumunun rəhbəri Valeri Urban Le Monde nəşrinə açıqlama verib.

Nəşrin məlumatına görə, bu vəsaitin 180 milyard avroluq əsas hissəsi Rusiya Mərkəzi Bankına məxsusdur.

Bundan əvvəl məlum olmuşdu ki, Urban Avropa İttifaqının Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qəbul edə biləcəyi qərarları məhkəmədə mübahisələndirməyə hazırdır.

Urban həmçinin bildirib ki, Aİ ölkələrinin Rusiya aktivlərini müsadirə etmək niyyətinə dair səslənən bəyanatlar Ərəb dövlətləri və Çin Xalq Respublikasından olan müştərilər arasında narahatlıq yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir