İngiltərə klubu “Real”a 150 milyon avroluq təklif göndərəcək

Baş səhifə

Bakı. Trend:

“Real”ın baş məşqçisi Xabi Alonso ilə problem yaşayan Vinisius
Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə
bilər.

Trend xəbər verir ki, “Çelsi”
braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə “Fichajes”
nəşri məlumat yayıb.




London klubu Vinisius üçün 150 milyon avroluq təklif göndərməyi
planlaşdırır. Keçid baş tutsa, 25 yaşlı ön xətt oyunçusu “Çelsi”
tarixinin ən bahalı transferi olacaq.

Qeyd edək ki. Braziliya millisinin üzvü olan Vinisius Junior bu
mövsüm “Real”ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 6 qol və
5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya klubu ilə
müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir