
Bakı. Trend:
“Google” şirkəti 2027-ci ilədək süni intellekt və bulud
texnologiyalarına 40 milyard dollar sərmayə qoymağı
planlaşdırır.
Trend xəbər verir ki,
investisiya ABŞ-ın Texas ştatında sərf ediləcək.
Şirkətdən bildirilib ki, layihə çərçivəsində ştatda yeni data
mərkəzi inşa olunacaq. “Google” bu yolla növbəti 15 il ərzində
ştatda üstün mövqeyini qoruyub-saxlayacaq.
Ucuz elektrik və əlverişli vergi şərtləri texnologiya
şirkətlərinin Texas ştatına marağı artırır. “Meta” şirkəti artıq
bura milyard dollardan çox sərmayə qoyub. “Tesla” və “Oracle” baş
ofislərini bura köçürüb. “Samsung” isə burada yarımkeçiricilər
zavodunun tikintisinə 17 milyard dollar sərmayə ayırıb.

