Bəzi yerlərdə yağış, Murovdağa qar yağıb

Baş səhifə

Bakı. Trend:

Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 16-sı
saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış,
Murovdağ yüksəkliyinə isə zəif qar yağıb.

Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan,
Şərur, Şahbuz, Culfa, Xaçmaz, Quba, Zərdab, Biləsuvarda 1 mm-dək
qeydə alınıb.




Biləsuvar, Cəfərxan, Şəmkir, Şəki, Şamaxı, Xaltan, Yevlax,
Göyçay, Lerik, Daşkəsən, Göygöl, Qax, İsmayıllı, Qobustan,
Altıağacda duman müşahidə olunub.

Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18,
Naxçıvan MR 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 11
dərəcəyədək isti qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir