
Oğuz rayonunda 1978-ci il təvəllüdlü Zahirə Elxan qızı Qəhrəmanova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Calud kəndindəki fermada baş verib.
Hadisəni törətməkdə onun oğlu, 2010-cu il təvəllüdlü O.Q şübhəli bilinir.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Fakt araşdırılır.
***
Digər qətl hadisəsi isə Gədəbəydə qeydə alınıb.
Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə onun atası, 1966-cı il təvəllüdlü İlqar İlyasov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

