Özbəkistan region ölkələrinin İnfrastruktur İnkişafı Şurasının yaradılmasını təklif edib

Baş səhifə

Daşkənd. Trend:

Yüksək texnologiyalı infrastrukturun və nəqliyyat-logistika
potensialının birgə inkişafı regionun gələcəyi üçün həlledici
əhəmiyyətə malikdir.

Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının
7-ci Məşvərət Görüşündə bildirib.

Onun sözlərinə görə, region ölkələri strateji əhəmiyyətli
ümumregional layihələrin — elektrik stansiyalarının, elektrik
xətlərinin, yol və dəmir yollarının, sərhəd keçid məntəqələrinin,
“yaşıl dəhlizlərin”, fiber-optik xətlərin və digər əsas obyektlərin
tikintisi və modernləşdirilməsinin həyata keçirilməsi üçün
səylərini birləşdirməlidirlər.

“Regionlararası nəqliyyat əlaqəsini gücləndirmək üçün
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Trans-Əfqanıstan Nəqliyyat
Dəhlizi kimi layihələrə üstünlük veririk”, – deyə Ş.Mirziyoyev qeyd
edib.

O, Transxəzər marşrutunun və Mərkəzi Asiyanı Avropa ölkələri ilə
birləşdirən digər marşrutların region ölkələri üçün əhəmiyyətli
imkanlar açdığını vurğulayıb.

Bu sahələrdə fəaliyyətləri daha səmərəli şəkildə əlaqələndirmək
üçün Özbəkistan Prezidenti region ölkələrinin baş nazir müavinləri
səviyyəsində İnfrastruktur İnkişafı Şurasının yaradılmasını təklif
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir