
Daşkənd. Trend:
Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci
Məşvərət Görüşünün iclasında Şavkat Mirziyoyevin
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm töhfəsini qeyd
edib.
Trend xəbər verir
ki, dövlətimizin başçısı deyib: “Şavkat Miromonoviç müdrik dövlət
xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin
inkişafına mühüm töhfə vermiş insandır. O, Azərbaycanda konkret
fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə sevilir və hörmətlə
qarşılanır. Uzaqgörən siyasi xadim Şavkat Miromonoviç Mərkəzi Asiya
ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac
olduğunu aydın görür”.

