Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir

Baş səhifə

Daşkənd. Trend:

Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Azərbaycan
Prezidenti İlham Əliyev bu gün Daşkənddə Mərkəzi Asiya Dövlət
Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

“İlkin olaraq ildə 15 milyon ton yük daşıma gücünə malik bu
dəmir yolu Orta Dəhlizin mühüm bir hissəsinə çevriləcək”, – deyə
Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı oxşar avtomobil yolunun tikintisi ilə bağlı
işlərin də başa çatmaq üzrə olduğunu bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir