
Daşkənd. Trend:
Bu gün regionun yeni nəqliyyat arteriyasının meydana çıxmasının
şahidi oluruq. Strateji cəhətdən mühüm Çin-Qırğızıstan-Özbəkistan
dəmir yolunun tikintisi logistikanı birləşdirməklə yanaşı, həm də
formatını genişləndirəcək, ölkələrimizə Asiya və Avropanın ən böyük
bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin
tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi
və strateji davamı kimi görünür.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır
Japarov Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün
“Mərkəzi Asiya+Azərbaycan” formatında iclasında söyləyib.

