
Daşkənd. Trend:
Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatına qoşulmaq
qərarına görə hörmətli həmkarlarıma təşəkkür etmək istəyirəm.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Azərbaycan
Prezidenti İlham Əliyev bu gün Daşkənddə Mərkəzi Asiya Dövlət
Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.
“Bu qərar bir daha münasibətlərimizin dostluq və qardaşlıq
xarakterini təsdiqləyir və geniş coğrafi ərazidə əməkdaşlığın və
qarşılıqlı fəaliyyətin gücləndirilməsinə töhfə verəcək”, – deyə
dövlət başçısı bildirib.
Xəbər yenilənəcək

