
Daşkənd. Trend:
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər
xüsusi xarakter daşıyır.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mərkəzi
Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı
zamanı deyib.
“Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq,
dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub
saxlamışıq, həm də onlara strateji tərəfdaşlığı təcəssüm etdirən
yeni dinamika bəxş etmişik”, – deyə dövlətimizin başçısı
bildirib.

