
Daşkənd. Trend:
Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən
sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə
genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya
ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək
qiymətləndiririk.
Trend xəbər verir
ki, bu sözləri Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət
Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı
söyləyib.
“Xüsusilə qeyd edək ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy
adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda
isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız
qardaşlarımızın hədiyyələridir”, – deyən dövlətimizin başçısı
xatırladıb ki, bu ilin oktyabrında Füzulidə Türkmənistanın
qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub

