
Bu gün Mərkəzi Asiya beynəlxalq əhəmiyyətli nəqliyyat və tranzit dəhlizi hesab olunur.
APA-nın Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bildirib.
“İqtisadi və investisiya fəaliyyətinin Şərqi və Cənubi Asiyaya, Yaxın və Orta Şərqə doğru dəyişməsi tendensiyasını nəzərə alsaq, bu rolun yalnız artacağı artıq aydındır. Ölkələrimiz əməkdaşlığının nəqliyyat komponentini əhəmiyyətli dərəcədə gücləndirməlidirlər. Bu məqsədlə, Şərq-Qərb və Şimal-Cənub xətləri boyunca birləşdirilmiş dəhlizlərin yaradılmasında effektiv və mənalı iştiraka başlamalıyıq. Əminəm ki, müasir, geniş, səmərəli və davamlı nəqliyyat və logistika infrastrukturunun yaradılmasında potensiallarımızın birləşdirilməsi ölkələrimizin strateji maraqlarına uyğun olan layiqli bir məqsəddir”, – deyə Türkmənistan Prezidenti vurğulayıb.

