Mərkəzi Asia ölkələri tərəfindən konsultativ format çərçivəsində yekun qərarın qəbul edilməsi , tarixi əlaqələrimizin siyasi formata çevrilməsi deməkdir – Hikmət Hacıyev

Baş səhifə

Daşkənd. Trend:

Ölkələrimiz arasında tarixi, mədəni, mənəvi əlaqələr var.

Trend-in
Özbəkistana ezam olunan müxbirinin məlumatına görə, bunu Azərbaycan
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə
söhbətində deyib.

H.Hacıyev qeyd edub ki, bütün bunlardan çıxış edərək son
dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin
dinamik inkişafını biz bariz şəkildə görürük və müşahidə
edirik.

“Cənab Prezident İlgam Əliyevin region ölkələrinə intensiv
səfərləri, region ölkələrinin liderlərinin Azərbaycana intensiv
səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiz
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında genişlənən əlaqələrin
bariz nümunəsidir. Mərkəzi Asia ölkələri tərəfindən konsultativ bu
format çərçivəsində yekun qərarın qəbul edilməsi , tarixi
əlaqələrimizin siyasi formata çevrilməsi deməkdir.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir