Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşünün yekununda bir sıra sənədlər imzalanıb

Baş səhifə

Daşkənd. Trend:

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündən sonra
prezidentlər regional əməkdaşlığın gücləndirilməsinə və
təhlükəsizliyin təmin edilməsinə yönəlmiş bir sıra əsas sənədlər
imzalayıblar.

Trend-in
Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi
məlumata görə, imzalanan sənədlər arasında Mərkəzi Asiya dövlət
başçılarının birgə bəyanatı, BMT-nin üzv dövlətlərinə 2027-2028-ci
illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün
Qırğızıstan Respublikasının namizədliyini dəstəkləmək üçün müraciət
və Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakçı kimi
iştirakı ilə bağlı qərar yer alıb.

Birgə bəyanatda həmçinin Mərkəzi Asiyada Regional Təhlükəsizlik,
Sabitlik və Davamlı İnkişaf Konsepsiyası, eləcə də 2026-2028-ci
illər üçün Regional Təhlükəsizlik Riskləri və Onların Qarşısının
Alınması Tədbirləri Kataloqu təsdiqlənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir