Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə
düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional
qrupundan Trend
verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin vatsap ani
mesajlaşma proqramında yaradılan “İş elanları” qrupunda
vətəndaşları xaricdə yüksəkməvacibli işlə təmin edəcəyinə söz
verərək onların pullarını ələ keçirdiyi müəyyən olunub.




Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs
qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir