Xəzərin akvatoriyası 36 min kvadrat kilometr azaldı

Baş səhifə

2025-ci ilin sentyabr ayına olan məlumata görə, Qazaxıstan sahillərində Xəzər dənizində orta dəniz səviyyəsi mənfi 29,31 metr olub və son on səkkiz ildə onun akvatoriyası 36 min kvadrat kilometr azalıb.

Metbuat.az AZertac-a istinadən xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

“Kazhidromet”in verdiyi məlumatlara görə, bu ilin sentyabr ayında Qazaxıstanın monitorinq stansiyalarının yerləşdiyi şimal-şərq hissəsində orta dəniz səviyyəsi mənfi 29,15 metr, şərq hissəsində isə mənfi 29,46 metr olub.

Keçən illə müqayisədə Xəzər dənizinin səviyyəsi şimal-şərq hissəsində 20 santimetr, şərq hissəsində isə 17 santimetr azalıb.

Qazaxıstan daxilində sahil xətti bəzi yerlərdə 30-35 kilometr geri çəkilib.

Ən həssas sahələr Xəzər dənizinin şimal-şərq hissəsi, Ural çayı (Jayık) deltası və Manqistau bölgəsinin sahili hesab olunur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir