Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var – FOTO

Baş səhifə

Lənkəranda baş verən qəzada xəsarət alanlar var.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 164-cü km-də Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı nəqliyyat vasitəsi Astara rayon Siyəkü kənd sakini 1976-ci il təvəllüdlü Habil Gülağa oğlu Zahirovun idarə etdiyi “DAF” markalı ağır tonajlı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsində olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

İlkin məlumata görə “VAZ-2107” markalı nəqliyyat vasitəsi yolu əks istiqamətdə hərəkətdə idarə edərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir