
Bakı. Trend:
Azərbaycanın millisinin aerobika gimnastikası üzrə qarışıq
cütlüyü Avropa çempionu olub.
Bu barədə Trend-ə
Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Məlumata əsasən, 14-16 noyabr tarixlərində Gəncə şəhərində
keçirilən Aerobika gimnastikası üzrə Avropa çempionatının final
mərhələsində milli komandamızın üzvləri qarışıq cütlük Mədinə
Mustafayeva və Vladimir Dolmatov 19.600 xalla rəqiblərini geridə
qoyaraq 1-ci yerin sahibi olub.

